İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev qanalı həmkarı Con Dramani Mahamaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi […]

Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov […]

MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib. Bu barədə qurum məlumat yayıb. “Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Nicat Rüstəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda vurğulanıb. Qeyd edək ki, N.Rüstəmov uzun sürən xəstəlikdən sonra […]

Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,61 ABŞ dolları və ya 6,82 % artaraq 87,90 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 87,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq […]

İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır – ŞƏRH

İran martın 5-də Azərbaycan Respublikasına dronlarla hücum edib. İslam Respublikasından qalxan pilotsuz uçuş aparatları (PUA) Naxçıvan Hava Limanının binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisələr nəticəsində dörd mülki şəxs xəsarət alıb. Baş verənlər Azərbaycanda ciddi narazılığa səbəb olub, rəsmi Bakı Tehrana sərt etirazını bildirilib. […]

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan Azərbaycana əsassız ittihamlar irəli sürülürdü: “İranın dövlət qurumlarının nəzarətində olan media resursları […]

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki […]

Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir. Bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy X sosial şəbəkəsində hesabında bildirib. “Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir”, – o yazıb. XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, […]

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alıb. Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir.