“Unikal” qəzeti və “Unikal.az” xəbər portalının fəaliyyətə başlamasının 13 ili tamam olur. İlk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn “Unikal” qəzeti hazırda həftədə bir dəfə dərc olunur. Qəzet Medianın İnkişafı Agentliyindən (MEDİA) maliyyələşir və layihə icra edir. Unikal.az Xəbər Portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və […]
İran XİN: 7 il sonra Səudiyyə Ərəbistanında diplomatik nümayəndəlik açılacaq
İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasından 7 il sonra Tehran krallıqdakı diplomatik ofislərini yenidən açacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. Kənaninin sözlərinə görə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəliyi öz işini bərpa edəcək. […]
Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək
Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək. Dogrusoztv.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda yeni dövrün yol xəritəsi müzakirə ediləcək. Yeni dövrdə inflyasiya ilə mübarizəyə üstünlük veriləcəyi gözlənilir. İclasda iqtisadi məsələlərlə yanaşı, terrora qarşı mübarizə və xarici siyasətdəki son vəziyyət də […]
Günün qoroskopu: maraqlarınızı müdafiə edin
Qoç – bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var. Günün ikinci yarısında alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və […]
Türk lirəsini yandıran 3 əcnəbi ölkədən qovulur
İstanbulun Kağıthane bölgəsində ad günü qeyd edən 20 nəfərlik qrup 100 Türk lirəsini yandırıb. Dogrusoztv.az xarici KİV-ə istinadla xəbər verir ki, polis sözügedən restorana basqın edərək 3 nəfəri saxlayıb. Nevaf H., Hüseyin S. və Muhammet M. ifadələri alındıqdan sərbəst buraxılıblar. Onların Türkiyədən deportasiyası üçün prosesə başlanıb.
Yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, […]
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin […]
Cənubi Afrika buna görə Putini sammitə dəvət etmək istəmir
Cənubi Afrika Respublikası hökuməti Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi BRİKS sammitinə dəvətini geri götürmək istəyir. Bu barədə TASS məlumat yayıb. Bildirilir ki, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən Putinin “həbs edilməsi” haqqında orderin verilməsi olub. “Bu asan deyil. Rusiya liderinin Cənubi Afrika hakimiyyəti tərəfindən həbsi onu seçmiş xalqa […]
Hansı şagirdlərə qırmızı attestat verilir?
Şagirdin qırmızı attestat alması üçün buraxılış imtahanlarında yüksək qiymət almalıdır. Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib. “Buraxılış imtahanından zəif […]
Məktəblərdə daha bu fənlər keçirilməyəcək – RƏSMİ
“Fənlərin saylarına baxılmasına ehtiyac var”. Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. “Fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələr başlanılıb. Hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə isə baxılır”,- deyə o əlavə edib. E.Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə […]