Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur. Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən […]
Dünya bazarlarında qızıl ucuzlaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,15% azalaraq, 1,915.10 ABŞ dollarına bərabər olub Dogrusoztv.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (sentyabr müqavilələri üzrə) isə 0,03% artaraq, 22.81 dollar təşkil edib
Sürüşmə olan yolda hərəkət bərpa edildi
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə qurumun xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Avtonəqliyyat vasitələrinin təhlükəsiz […]
MEDİA AzTV-nin əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yaydı
Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər. […]
Ordumuzun Xocalı istiqamətində yerləşən mövqeləri atəşə tutuldu
İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni […]
ABŞ-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü başlayıb
ABŞ-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü başlayıb. APA xəbər verir ki, bu gün sülh sazişi layihəsinin müzakirəsi çərçivəsində baş tutan danışıqların sözügedən raundunun başa çatması gözlənilir.
Azərbaycan XİN Makrona CAVAB VERDİ
Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir. Bu barədə XİN-dən bildirilib. Qeyd edilib ki, həm 44 günlük Vətən müharibəsində, həm də post-münaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə […]
Azərbaycanda tikinti materialları BAHALAŞIB
Azərbaycanda istehsal tikinti materiallarının dəyəri açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 402,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz artıb. Dövr ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2 faiz, tikinti şüşəsinin istehsalı […]
Ukraynaya hücum edən rus qoşunlarının komandan müavini saxlanıldı – KİV
Ukraynada cəbhə zonasındakı Rusiya qoşun qruplaşmasının komandan müavini, ordu generalı Sergey Surovikin saxlanılıb. Bu barədə “Financial Times” məlumat yayıb. Qəzet bildirir ki, Surovikinin saxlanılması çox güman ki, “Vaqner”in baş tutmayan qiyamı ilə bağlıdır. Guya general qiyam barədə əvvəldən məlumatlı olub. Qəzet vurğulayır ki, komandan müavininin qiyamda iştirakçı kimi, yoxsa şahid […]
Leyla Abdullayeva Fransada AzTV əməkdaşlarına edilən hücumdan YAZDI
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarına hücumu qınayıb. O, bu barədə tviter hesabında yazıb. “Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək”, – xanım diplomat qeyd edib. Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş […]