Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, A.Cəfərli nazirliyin aparat rəhbəri təyin edilib. Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə […]
Talıbovlar “Badamlı”nı da itirdi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi dəyişib. Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, Talıbovlara məxsus olan “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. […]
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ABŞ-nin səylərini yüksək qiymətləndiririk”
“Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-nin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik […]
“Qarabağ” bu gün Avstriyada son oyununu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Bolqarıstanın ÇSKA klubu üz-üzə gələcək. “Vörgl” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.Qeyd edək ki, “atlılar” ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Komanda ikinci matçında Polşanın “Legiya” klubuna uduzub – 0:2.
Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və “N” saylı hərbi hissənin taqım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Tərtər Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim İlqar Quliyevin sədrlik etdiyi […]
“İrAero” bu gündən Azərbaycana yeni reyslərə başlayır
Bu gündən Rusiyanın “İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır. Uçuşlar həftədə bir dəfə – çərşənbə axşamı günləri “Sukhoi Superjet” 100 təyyarəsi ilə həyata keçiriləcək. Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə […]
Telefonunuzda zəlzələ bildirişlərini belə açmaq olur – VACİB
Xəbər verdiyimiz kimi, Xəzər dənizində 5,5 bal gücündə zəlzələ baş verib. Andorid cihazları istifadə edənlər, zəlzələ bildirişlərini almaq üçün aşağıdakıları edin: “sazlamalar (parametrlər)”>>> “təhlükəsizlik və fövqalədə hal”>>> “zəlzələ bildirişləri”>>> “aktiv edin” 4,5 bal üzəri olan zəlzələlərdə bildiriş saniyələr öncə gəlməlidir.
Afterşoklar davam edəcək – Qurban Yetirmişli
“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”. Bunu Sputnik Azərbaycan-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Bakıda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB
Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə baş verən yanğın söndürülüb. Bu barədə FHN-dən məlumat verilib. ***15:27 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla […]
“BakuBus”ın Müşahidə Şurasının sədri dəyişdirilib – SƏRƏNCAM
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Müşahidə Şurasının tərkibinə əlavə edilib.