Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Oktyabrın 25-də əsasən Azərbaycanın şərq […]
Mahmud Abbas: Fələstin BRICS-ə üzv olmaq arzusunu təsdiqləyib
Fələstin Prezidenti Mahmud Abbas BRICS sammitində çıxışı zamanı dövlətin tezliklə təşkilata daxil olacağına ümid etdiyini bildirib. Bu barədə Rusiya KİV-i məlumat yayıb. “Biz BRICS ölkələrinin liderlərinə Fələstin məsələsində tutduqları mövqeyə görə təşəkkürümüzü bildirir və ölkəmizin təşkilata qoşulmaq istəyini təsdiq edirik”, – o bildirib.
Emin Əmrullayev: Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik
Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Report”un əməkdaşının sualına cavab olaraq jurnalistlərə açıqlamasında deyib. “Biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. […]
Putin: Qərbin qeyri-sağlam metodları sabitliyi pozur və çəkişmələri təşviq edir
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərbin istifadə etdiyi qeyri-sağlam üsullar sabitliyi pozur və dövlətlərarası çəkişmələri təşviq edir. O, bunu Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasını açarkən deyib. “Dünyaya zorla qəbul etdirilən və qaydalara əsaslanan nizamın pərdəarxasında çoxalan rəqiblərin, Afrika, Asiya və Latın Amerikası […]
İlham Əliyev XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclasında iştirak edir
Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclası keçirilir. “Report”un Kazana ezam olunan müxbirinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və […]
UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək
UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək. Turun bütün qarşılaşmaları bu gün baş tutacaq. İngiltərənin “Çelsi” komandası səfərdə Yunanıstan təmsilçisi “Panatinaikos”la üz-üzə gələcək. İtaliya təmsilçisi “Fiorentina” isə İsveçrədə “Sankt-Qallen”in qonağı olacaq. Türkiyənin “Başakşəhər” komandası Sloveniyada “Sele” ilə görüşəcək. UEFA Konfrans Liqası Liqa mərhələsi II tur 24 oktyabr 18:30. […]
Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata əsasən, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, […]
TDT Ankaradakı terror aktını şiddətlə qınayıb – FOTO
Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.Bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb. “Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – bəyanatda deyilr. Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak […]
Bu yollarda tıxac var – Diqqət!
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət belədir: 1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi […]