Təyyarədə oksigen balonunun partlaması iddiası Rostovdakı dispetçer tərəfindən irəli sürülüb. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan rəsmilərinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib. “Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad […]
Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Sabah Babək rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. “Report”un yerli bürosunun məlumatına görə, 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında cari təmir işləri aparılacaq. Bununla əlaqədar, rayonun Nəzərabad, Didivar, Şıxmahmud, Aşağı və Yuxarı Uzunoba, Xəlilli, Vayxır, Xalxal və Məzrə kəndlərində elektrik enerjisinin verilişində 28.12.2024-cü il tarixində saat 11:30-dan 13:00-dək fasilə yaranacaq.
“Kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək”
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müvafiq komissiya yaradıldı. Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatı ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin […]
İlham Əliyev Qazaxıstanın tibb personalına təşəkkür etdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlət başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək […]
Qəzada yaralananların qohumları Qazaxıstana yola salınır
Yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir. Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır. Bu barədə Səhiyəə Nazirliyindən məlumat verilib. Bildirilib ki, AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın […]
“Qəzaya görə çox kədərliyəm” – Tarkan
Məşhur türkiyəli müğənni Tarkan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Azərbaycana başsağlığı verib. Müğənni bu barədə instaqram hesabında paylaşım edib. “Keçmiş olsun, Azərbaycan. Dünən baş verən qəzaya görə çox kədərliyəm. Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı diləyirəm”, – deyə Tarkan paylaşımında bildirilib.
Jurnalistlər gəlir vergisindən azad ediləcək – Prezident təsdiqlədi
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Qanuna əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan […]
AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırdı – Siyahı
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya […]
Toponimiya Komissiyasının yeni tərkibi təsdiqlənəcək
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibi təsdiqlənəcək. Bu barədə məsələ parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
Əsgərlik yaşının azaldılması ilə bağlı qanun layihəsi QƏBUL EDİLDİ
Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri son oxunuşda qəbul edib. Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik […]