Qəzaya uğrayan Azərbaycan təyyarəsi simulyatorda GÖSTƏRİLDİ

Ötən il dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəza etdiyi ərazi simulyatorda nümayiş etdirilib. Bu barədə AzTV süjet yayımlayıb.  Əvvəlcə, təlimçi-kapitan Vüqar Mehdizadə “Embraer 190” təyyarəsinin Aktauya enməsinin səbəbini açıqlayıb: “Nə üçün Bakı – Qroznı reysini yerinə yetirən […]

Kimlərə ayda 400 manat veriləcək?

Baş nazir məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Prezident İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib. Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məsələyə dair […]

Bu halda övladlar ata-analarına aliment ödəməlidirlər

Aliment deyəndə çoxlarının ağlına yalnız boşanmadan sonra valideynlərdən birinin digərinə uşaqların saxlanılması üçün ödədiyi vəsait gəlir. Lakin qanunvericiliyə görə, bu, aliment öhdəliyi ilə bağlı istiqamətlərdən yalnız biridir.  Ailə Məcəlləsinə əsasən, aliment öhdəliyi daşıyan tərəflərdən biri də əmək qabiliyyətli yetkinlik yaşına çatmış övladlardır. Belə ki, sənəddə əmək qabiliyyəti olan yetkinlik yaşına […]

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb

Kaliforniyada baş verən yanğınlarda azı 24 nəfər həlak olub. Bu barədə “ABC News” Los-Anceles dairəsinin Tibbi Ekspertiza İdarəsinin hesablamalarına istinadən məlumat yayıb. “İton” yanğınında 16 nəfərin və “Paliseyds” yanğınında 8 nəfərin öldüyü təsdiqlənib”, – telekanalın materialında deyilir. Xatırladaq ki, bundan əvvəl 16 nəfərin öldüyü bildirilib.

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “Qara Qarayev” metrostansiyası istiqamətində; 4. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 5. […]

Fransa Çaddakı bazalarının birindən öz kontingentini çıxarıb

Fransa Çadın Abeşe bazasından öz hərbçilərinin çıxarılmasını başa çatdırıb. Bu barədə “tchadinfo” portalı məlumat yayıb. “Bir gün əvvəl bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb”, – nəşr qeyd edib. Baza Çad Silahlı Qüvvələrinin nəzarətinə keçib. Ötən il noyabrın 29-da Çad Fransa ilə müdafiə sazişinin ləğv olunduğunu elan edib və […]

KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib. “Gözlənilir ki, nazir görüşdə Suriyaya qarşı həyati əhəmiyyətli sahələrə tətbiq edilən sanksiyaların ləğvi […]

2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub

2024-cü il ərzində dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. “APA-Economics”in apardığı hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ərzində ən yüksək göstərici, 94.73 ABŞ dolları təşkil […]

Dəhşətli yanğın kosmosdan belə görünür – FOTOLAR

ABŞ-nın Kaliforniya ştatını bürüyən yanğının kosmosdan fotoları yayılıb. Fotolar “Roskosmos”un peykləri tərəfindən çəkilib. Fotolarda ABŞ-ın cənub-qərbi və Meksikanı bürüyən yanğınlar görünür. Kaliforniyada ümumi sahəsi 14 min hektardan çox olan beş böyük yanğın baş verib. Meşə yanğınları 11 nəfərin həyatına son qoyub.

“7 dairədə seçki keçirilməyəcək” – MSK sədri

“Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. M.Pənahov qeyd edib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 üzv seçiləcək: “Bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən […]