Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. *** Bakıda mənzildə partlayış baş verib. Bu barəd Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində […]
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 539 milyon 514 min 500 manat olub. Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 3,1 % çoxdur. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 % […]
Ərdoğan: Hədəfimiz terrorsuz Türkiyədir
Hədəfimiz terrorsuz Türkiyədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının qərargahında millət vəkilləri ilə görüşdə bildirib. Çıxışını DEM Partiyanın səfərləri (Abdulla Ocalan və Səlahəddin Temirtaşla görüşlər) ilə başlayan prosesə toxunaraq deputatlardan diqqətli olmalarını istəyib, xəbərdarlıq edib: “Çözüm prosesi, ümumi əfv deyilən bir şey, yeni həll […]
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana gətirilib
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutuları” Braziliyadan Astanaya gətirilərək, hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, növbəti mərhələdə komissiya hadisənin nəticələri ilə bağlı yekun rəyini verəcək.
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Səbinə Əliyeva: Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var
Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-Azərbaycan və antitürk nifrətinin formalaşdırılması və ötən dövr ərzində daha da inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkil edib.Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi […]
Zelenski Polşaya səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Varşavaya yola düşür. Bu barədə “Reuters” agentliyi Polşanın Baş naziri Donald Tuskun dəftərxanasına istinadən məlumat yayıb. Səfərin təfərrüatları açıqlanmır. Qeyd olunur ki, iki ölkə arasında münasibətlər yaxşı səviyyədə deyil. Xüsusilə Zelenski Varşavanı köhnə MiQ-29 qırıcılarını Kiyevə verməməkdə günahlandırır. Bundan başqa, Polşa Qərbi Ukraynaya hücum […]
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib.Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla yasaqlığın sanitariya-mühafizə zonası 289,5 hektarlıq sahədə təsdiq edilib.
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini […]
Pezeşkian: İran Donald Trampı öldürməyi heç vaxt planlaşdırmayıb
İran heç vaxtı ABŞ-nin seçilən Prezidenti Donald Trampı öldürməyi planlaşdırmayıb. Bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində bildirib. O, Donald Trampa qarşı sui-qəsdlə bağlı suala cavabında deyib: “Bu, İsrailin və başqa ölkələrin İranafobiyanı təşviq etmək üçün hazırladıqları sxemlərdən daha biridir. İran heç vaxt kimisə öldürməyə cəhd […]