İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının səkkizinci iclası keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 23-24-də Pakistanda səfərdə olub. İslamabad şəhərində yanvarın 23-də Azərbaycan ilə Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə Elnur Məmmədov, Pakistan […]
Milli Mətbuatın 150 illik medalı belə olacaq – FOTO
Milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir.“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, medal media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl […]
Hamamdakı partlayışda xəsarət alan Sevinc öldü – Foto
Bir neçə gün öncə Göyçayda bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan qadın vəfat edib. Hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəninin partlaması nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Sevinc Cəfərova xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
“Şahdəniz”də yeni platforma tikiləcək
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında yeni platforma tikiləcək.Bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib. Onun sözlərinə görə, tikiləcək platforma kompressor platforması olacaq.
Gələn il 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır
“2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır”. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib. “Bu tədris ilində peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilmişdir ki, bu da son 10 […]
Neftimiz ucuzlaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,93 % azalaraq 81,23 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,20 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib. “Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək”, – ABŞ lideri bildirib. […]
BİZİM TƏQVİM: 24 yanvar tarixində baş vermiş mühüm hadisələr
1909-cu ilin 24 yanvarında Katolik kilsəsi 1431-ci ildə yandırılmış Janna Darkı müqəddəs elan edib. Bəs, 24 yanvarda dünyada daha hansı hadisələr baş verib? 1. 24 yanvar 1922-ci ildə ABŞ-ın Onava şəhərciyindən (Ayova ştatı) olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. […]
KİV: “Boko Haram” silahlıları Nigeriyada 20 balıqçını öldürüblər
“Boko Haram” terror qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında azı 20 balıqçını öldürüblər. Bu barədə “Reuters2 agentliyi təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, nadan Harri kəndi yaraqlıların qəfil hücumuna məruz qalıb. Öldürülənlər arasında bir uşaq da var. Borno əyalətinin hərbçiləri və rəsmiləri hələ hücum barədə açıqlama verməyiblər.
Hikmət Mirzəyevə yeni müavin təyin olundu
Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb. İlqar Lətifov bundan əvvəl Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub. Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi Hikmət Mirzəyevin müavini general-mayor İlqar Lətifovun ölkəmizdə rəsmi səfərdə olan Pakistan SQ Hərbi Əməliyyatlar […]