İran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir. “Report”un əldə etdiyi məlumata görə, onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək. Qeyd edək […]

Almaniya Azərbaycandan üzr istədi

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının […]

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan MN: Ermənistan təxribatlarını gizlətməyə çalışır

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli […]

Xaçaturyan: Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir

Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan martın 31-də İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib. Ermənistan prezidenti bu barədə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivlərinə toxunarkən […]

Xaçmazın dörd, Qubanın bir kəndində yanğın baş verib – YENİLƏNİB

Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub. Xaçmaz rayonunun Xaspoladoba kəndi […]

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.Mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub. Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin […]

Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 31-də telefon danışığı olub.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz […]