Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib.  “Report”un Budapeştə ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.  Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və […]

Sumqayıtda partlayış olub, xəsarət alanlar var

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.  Hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.(Report)

Ermənistana casusluqda ittiham olunan İqbal Əbilova hökm oxunub

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edərək dövlətə xəyanətdə təqsirləndirilən İqbal Şahin oğlu Əbilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, o, 18 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi […]

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.  Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, […]

Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.Bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir. […]

Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb – YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu məlum olub. Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, şəhərdə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd qadın hospitalizasiya olunub. Müxtəlif bədən […]

Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb

Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək aşağıdakı istiqamətlər aid komissiyalar üzrə abituriyentlərin […]

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və […]

Azərbaycanda yeni medal təsis edilir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin Hüquq siyasəti […]

Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb

İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb. Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.