Əli Əsədov Mərkəzi Asiya ölkələri dövlət başçılarının məşvərət görüşünə hazırlıq iclasında iştirak edib

Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələri dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclası keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, toplantıda Azərbaycanı Baş naziri Əli Əsədov təmsil edib.

Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, D.Qulmanova Milli Məclisin sədrini salamlayaraq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda […]

Nazirlər Kabineti geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması barədə qərar verib

Nazirlər Kabineti “Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması”nı təsdiq edib, “Qocalar və əlillər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi və ruhi-əsəb internat evlərində ayaqqabılardan, geyim və dəyişək əşyalarından istifadənin norma və müddətləri”nin təsdiqi haqqında” 2 avqust […]

“Crocus”dakı terror aktının 15 iştirakçısından 8-i təqsirini qismən etiraf edib – YENİLƏNİB

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında terror aktının səkkiz iştirakçısı təqsirini qismən etiraf edib. Bu barədə 127 zərərçəkmişin nümayəndəsi, vəkil Lyudmila Ayvar TASS-a bildirib. “Cinayətin 15 iştirakçısından səkkiz nəfər təqsirini qismən etiraf edib, yeddi nəfər isə təqsirini boynuna almayıb”, – o bildirib. Qeyd edək ki, bu […]

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılmasını (ödənilməsi) nəzərdə tutur. Bu, Təminat […]

Azərbaycan BƏƏ şirkəti ilə telekommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində dünyanın aparıcı texnologiya və telekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri Jassim Mohammed ilə görüşüb. Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Dubayda keçirilən COP28-də əldə etdikləri dəyərli təcrübəni COP29-un Bakıda təşkil edilməsi zamanı bizimlə bölüşdükləri üçün şirkət rəhbərliyinə […]

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Mətndə deyilir: “Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində […]

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə […]

Elçinlə vida mərasimi – Prezident və xanımı əklil göndərdilər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər. Xalq yazıçısı ilə vida mərasimi Milli Gənc Tamaşaçılar Teatrında keçirilir. Qeyd edək ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli […]

Dövlət Proqramı çərçivəsində 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildiirlib ki, müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb. Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət […]