Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 2 % artaraq 69,49 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 67,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Premyer Liqa: “İmişli” “Sumqayıt”la, “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək. İlk olaraq “Sumqayıt” “İmişli”nin qonağı olacaq. Qarşılaşma saat 16:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 7 xalla üçüncü, meydan sahibləri 4 xalla altıncı pillədə qərarlaşıb. Günün ikinci matçında “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək. Bu görüş saat 19:00-da başlayacaq. Tovuz […]
Zelenski: Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir
Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Rusiya inanmalıdır ki, Amerika, Avropa və ümumiyyətlə, Qərb Rusiyanın döyüşməsinə imkan verməyəcək”, – Zelenski deyib. Ukrayna lideri qeyd edib ki, yalnız birlikdə sülhə nail olmaq mümkündür.
Yasamalda külək binanın dam örtüyünü qoparıb – VİDEO
Yasamal rayonunda güclü külək fəsada səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumata yayıb., “112” qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. Məlumatla […]
Yaxın Şərqin təmin edilməyən təhlükəsizliyi – ABŞ onun təminatçısı olmaq istəmir – ŞƏRH
BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Qətərin paytaxtına endirdiyi zərbələrlə bağlı məsələni müzakirə edib. Müzakirə zamanı bu hadisə pislənib və ərəb ölkəsinin suverenliyinə dəstək ifadə olunub.Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da HƏMAS-la İsrail arasında əsas vasitəçi – Dohaya endirilən zərbələri pisləyərək insan itkisindən təəssüf hissi keçirdiklərini bildiriblər. Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun […]
Bakıda bir küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Yasamal rayonunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sabah saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır. Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.
Pezeşkian İsraillə bağlı müzakirə üçün Qətərə gedir
İran prezidenti Məsud Pezeşkian İslam və ərəb ölkələri liderlərinin fövqəladə toplantısında iştirak etmək üçün gələn həftə Tehrandan Qətərin paytaxtı Dohaya yola düşəcək. Bu barədə İran KİV-i məlumat yayıb. Bazar ertəsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası da daxil olmaqla müsəlman ölkələri liderlərinin fövqəladə sammitində İsrailin təcavüzkar əməlləri müzakirə olunacaq.
CHP-də daha iki qalmaqallı istefa
Türkiyənin Konya vilayətinin Səydişəhər və Emirqazi rayonlarının Cümhuriyyət Xalq Partiyasından (CHP) olan merləri hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) keçiblər. Səydişəhərdə 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasından (CHP) 35,09% səslə seçilmiş Həsən Ustaoğlu və Emirqazidə başqa bir müxalifət partiyasından 53,87% səslə qalib gəlmiş Mesut Mərtcan Ankarada keçirilən mərasimdə prezident Rəcəb […]
Ərdoğanın müavini Naxçıvana gedir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir. O, bu barədə “X”də yazıb. “Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – “Türk qapısı” Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və […]
Bakı metrosunda interval endirilir
Sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək. Bu barədə “Bakı Metropoliteni” QS-dən bildirilib. Məlumata görə, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və […]