Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. Bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının […]

Anar Rzayev: “Bu il yeni metro stansiyası istifadəyə veriləcək”

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat […]

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi […]

Qala qəsəbəsinin bəzi ərazilərində qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 28.01.2026-cı il saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

1828-ci ilin bu günündə Çar Rusiyası Qacarlarla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçiriblər. Fevralın 10-da İran Rusiya ilə təslimçi Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur olub.Bəs, yanvarın 28-də dünyada daha hansı hadisələr baş verib? 1. […]

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la üz-üzə gələcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gələcək. Qarşılaşma “Enfild” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. “Qarabağ” 10 xalla 18-ci sıradadır.

Baş nazir: Uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında çirklənmə dərinləşir

Uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) çirklənmə dərinləşir və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yaranıb. Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən iclasda deyib. Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycanda mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv […]

Avropanın təhlükəsizliyində Türkiyənin rolu – Cümhuriyyətə ehtiyac duyacaq Qərb bloku – ŞƏRH

Ötən gün Türkiyənin xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin siyasi məsələlər üzrə baş katibinin köməkçisi Olof Skuq arasında görüş keçirilib. Görüşdə qlobal və regional məsələlərlə yanaşı, Avropanın təhlükəsizliyinə dair müzakirələr də aparılıb.Türkiyə həm də bir Avropa ölkəsidir. Onun təhlükəsizliyi, birliyi və inkişafı […]

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb. Yeni müavinlər, Seymur Səfərli və Zaur Əliyevdir.S.Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, uzun illər […]