Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb. Nazirlər Kabinetindən “Unikal”-a verilən xəbərə görə, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirilib.Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilib. Görüşdə Azərbaycanda səhiyyə […]
“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib
İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib. 20-dən çox çap və onlayn media subyektinin nümayəndələrinin iştirak etdiyi seminarda MEDİA Agentliyi, Bakı Dövlət Universiteti və ADA Universitetinin mütəxəssisləri “Azərbaycan ədəbi dilinin publisistik üslubu. Bədii […]
DİM üzr istəmişdi, imtahanda yenə problem oldu
Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturaya və dissertantura səviyyəsində ingilis dili üzrə qəbul imtahanında ardıcıl ikinci dəfə problem yaranıb. Bu iddia ilə “Qafqazinfo”ya doktorantlar müraciət ediblər. İyunun 12-də keçirilən imtahanda dinləmə bloku üzrə qurğuda yaranan problem səbəbindən imtahan verə bilməyən şəxslər bu gün növbəti dəfə oxşar hadisə ilə üzləşiblər: “Bu gün “speaking” – […]
Onlar “Tərəqqi” medalına layiq görüldü
Prezident İlham Əliyev səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Abdulkərimov Vüqar Rəsul oğlu Abdurahmanov Mehrab Nəhməd oğlu Ağayev Səyavuş Əhliman oğlu Camalov Ağaseyid Səbhan oğlu Əliyeva Nailə Həsən qızı Əliyeva Sevil Məmmədqulu qızı […]
Prezident onlara fəxri adlar verdi – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar həkim” Əsgərov Sahib Abbasəli oğlu Xəlilov Zaur Bəhmən oğlu İsayev Elçin Həmid oğlu Qədirova Nuriyə Baba qızı Nəbiyeva Mahirə Əmir […]
Bakıda biznesmen həbsxanada ÖLDÜ
Bakıda həbsxanada məhkum ölüb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən Elmas Hüseyn oğlu Osmanov xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, E.Osmanov ehtiyat hissələrinin biznesi ilə məşğul olub. O, 2012-ci ildə dələduzluqda ittiham olunaraq həbs edilib.(lent.az)
Vətən müharibəsi iştirakçısı İNTİHAR ETDİ
Sabirabad rayonunda intihar hadisəsi qeydə alınıb. “Unikal”ın məlumatına görə, Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu özünü asaraq intihar edib. Qeyd edək ki, o, Vətən müharibəsi iştirakçısıdır. M.Manafov ailəli idi, 1 övladı var.
Azərbaycanda baş həkim İSTEFA VERDİ
Respublika Neyrocərrahiyyə xəstəxanasının baş həkimi Fərid Təqdirov istefa verib. “Unikal” xəbər verir ki, bu barədə Fərid Təqdirov özü məlumat verib. O bildirib ki, daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verib.
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib
ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, K.Donfrid Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib: “İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələlərə və dostlarını itirən insanlara başsağlığı veririk”.