Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. “10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən […]
Ceyhun Bayramov: “Azərbaycan azad edilmiş ərazilərində bərpa və yenidənqurmaya başlayıb”
İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. Nazir bildirib ki, bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə […]
“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” – Deputat
Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb. Modern.az xəbər verir ki, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb. Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir: “Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin […]
Mustafa Şentop Türkiyənin Ermənistanın təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyənin son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. TBMM sədri həmçinin Avropa ölkələrinin bir sıra sahələrdə çətinliklərlə üzləşdiyini vurğulayıb. “Avropanın qarşıdan gələn qışı çətin keçirəcəyini eşidirik. Ötən gün 2 gün Moldovada rəsmi […]
Fransadakı səfirliyimizə hücumla bağlı cinayət işi açıldı
Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə bu barədə Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 18-də bir çox yerli və xarici media resurslarında Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa […]
Səfərbərlik Xidmətindən MÜHÜM AÇIQLAMA
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib. “Hərbi vəzifəlilər hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması barədə […]
Ərdoğandan SON DƏQİQƏ Ermənistan açıqlaması
“Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir. “Arzumuz regionumuzda aparılan […]
Adları yeni açıqlanan şəhidlərin fotosu…
Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyi təxribat nəticəsində şəhid olan daha 6 hərbçimizin adını siyahıya əlavə edib. Beləliklə şəhidlərimizin sayı 77 nəfərə çatıb. 1. Baş çavuş Hüseynli Rəşad Ramiz 21.05.2000 – Dövlət Sərhəd Xidməti (Culfa rayon Yaycı kəndi)2. Balaşzadə Röyal Atduxan […]
Ərinin öldürdüyü Ayşə tanınmış iş qadını imiş…
İki həftə əvvəl paytaxtın Nizami rayonunda 27 yaşlı Ayşə Bayramovanın qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Ayşəni öldürən həyat yoldaşı, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun ikinci evliliyi imiş. Məlum olub ki, ata-anasını erkən yaşda itirən Ayşə nənəsinin himayəsində böyüyüb. Hadisə də qadın nənəsinə baş çəkərkən qeydə alınıb. […]
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə “Haber Global” xəbər yayıb. Görüş Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutub. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir.