2022-ci ildə ölkədə qeydə alınmış 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb. Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin […]
Azərbaycanda iki rayonu birləşdirən dəmir körpü oğurlanıb
Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Sarısu […]
AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edirlər – FOTO
Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi […]
Sumqayıtda gənc qız itkin düşdü
Sumqayıtda 15 yaşlı qız itkin düşüb. APA xəbər verir ki, 2008-ci il təvəllüdlü Əhmədxanova Liliya Əhmədxan qızı fevralın 19-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
Vilayət Eyvazov onu Nərimanova rəis TƏYİN ETDİ
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib. Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.
Ordumuzun mövqeləri atəşə tutuldu
Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif […]
Bu gün onların bayramıdır – Video
Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür. “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir ki, peşə bayramını […]
Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi – RƏSMİ
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sutkalıq xülasəsini təqdim edib. Dogrusoztv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, xülasədə uzun müddətdir uğrunda döyüşlərin getdiyi Baxmuta Rusiyanın şimal-qərbdən hücuma keçdiyi bildirilib. Məlumata görə, bu vaxta qədər Rusiya qüvvələri Baxmutu təkcə şərqdən, cənubdan və şimaldan ələ keçirməyi hədəfləsə də, indi həm də şimal-qərbdən hücuma […]
İmişlidə zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.
Laçın-Xankəndi yolundakı aksiyanın 73-cü GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 73 gündür davam edir. Dogrusoztv.az xəbər verir ki, havanın küləkli, soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. […]