Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib. Dövlətimizin başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırladı. Qəbula görə təşəkkürünü bildirən Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın […]
Şəhid atasını dəfn edən oğul – VİDEO
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalov dəfn edilib. “Unikal”ın məlumatına görə, şəhid atasının dəfn mərasimində azyaşlı oğlanın fəryadı ürəkləri dağlayıb. Sözügedən görüntüləri təqdim edirik:
Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının (MR) səhiyyə naziri vəzifəsindən azad olunub. Bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, səhiyyə naziri Niyazi Novruzov bu gün tutduğu vəzifədən azad edilib. Digər sərəncamla Samiq Asəf oğlu Sadiqov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib və o […]
Dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib – Palata
Bir sıra dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib. Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmaması hallarına 15 uyğunluq auditində rast gəlinib. Audit sübutlarının təhlili qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə […]
Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır – VİDEO
Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir. Xezerxeber.az-ın məlumatına görə, bina 1988-ci ildə inşa edilib. Birinci Qarabağ müharibəsi zamanı məntəqənin ikinci mərtəbəsi əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib. Hazırda yararsız vəziyyətdədir. Elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdədir. Pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı […]
Bir neçə ay əvvəl evlənmişdi… – 29 yaşlı şəhidimiz
Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur. Şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb. Sosial şəbəkələrdə yayılan məlumata görə, […]
Çempionlar Liqası: “Milan” “Napoli”yə qarşı, “Real Madrid” “Çelsi”ni qəbul edir – AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq. Turnirin son qalibi “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edəcək. Digər oyun isə İtaliyada “Milan” və “Napoli” arasında baş tutacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Çempionlar Liqası 1/4 final, ilk oyunlar 12 aprel23:00. “Real […]
Şəhid hərbçimizin övladları ilə FOTOSU
Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur. Modern.az-ın məlumatına görə, ordu sıralarında qürursuz xidmət aparan hərbi qulluqçu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. Sosial şəbəkələrdə yayılan məlumata […]
Bakının bir sıra yollarında tıxac var – SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında: 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Binəqədi şosesi, […]
Laçın-Xankəndi yolundakı aksiyanın 122-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 122 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar bu səhəri […]