Ermənistanda əsir saxlanılan əsgərimizin valideynləri: “Vəhşiliyin son həddidir” – VİDEO

alfonsonri

Bir neçə gün əvvəl Azərbaycan Ordusunun itkin düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıblar. Əsir düşən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov Baku TV-yə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü görüntülərə baxdıqda özünü çox pis hiss edib: “Bu vəhşiliyin son həddidir. […]

“Qüvvələrimizi bütün sərhəd xətti boyunca geri çəkməyə hazırıq” – Paşinyan

alfonsonri

Sərhəd vəziyyətinin siyasi qiymətləndirilməsi baxımından hesab edirəm ki, bir gün əvvəl Aİ-nin yaydığı mesaj mühümdür, burada 1991-ci il sərhəd xətti vurğulanır, burada söhbət Ermənistan və Azərbaycan arasında mövcud olan inzibati sərhəd xəttindən gedir. 21 dekabr 1991-ci ildə Almatı bəyannaməsi ilə dəyişdirilmiş SSR dövlət sərhədidir. Aİ-nin bəyanatında bu sərhədə hörmət edilməli […]

Bakıda 2 nəfəri qisas məqsədilə yandıraraq öldürüblər – Rəsmi

alfonsonri

Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki […]

Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

alfonsonri

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti […]

3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı

alfonsonri

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə bu gün keçirilən görüş zamanı sözügedən vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların […]

“Kılıçdaroğlu pulunu verib TOGG alsın”

alfonsonri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli mediasına müsahibə verib. Ərdoğan jurnalistlərin “CHP sədri Kamal Kılıçdaroğluna TOGG avtomobili hədiyyə etməyi düşünürsünüz?” sualına maraqlı cavab verib. O, Kılıçdaroğluna ölkənin ilk yerli elektrik avtomobili olan TOGG-un hədiyyə edilməyəcəyini bildirib: “Cənab Kamalı TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o […]

Oğurlanmış “WhatsApp” hesabını necə qaytarmaq olar?

alfonsonri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti “WhatsApp” təsdiqləmə kodunu heç kəslə paylaşmamağınızı tövsiyə edir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. Məlumata görə, “WhatsApp” təsdiqləmə kodunuz ələ keçirilibsə və hesabınızda giriş edə bilmirsinizsə, hesaba girişi bərpa etmək üçün bu addımları izləyin: […]

Ordumuz təlimlərdə “Smerç” raketlərindən döyüş atışları icra edib – VİDEO

alfonsonri

Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç” reaktiv […]

Eduard Bağırov vəfat etdi

alfonsonri

Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib. Bu barədə “Varlamov News” teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb. Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada idi. Onda orqan çatışmazlığının yarandığı bildirilir. Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası […]

Bazar günü imtahan verəcək şagirdlərin nəzərinə!

alfonsonri

Məlum olduğu kimi, aprelin 16-da Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonunda, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, […]