Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir. Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli […]
İçərişəhərdəki muzeylər bağlandı
İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb. Doğrusöztv.Az-ın Unikal.org-a istinadən verdiyi xəbərinə görə, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat yayıb. .Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq […]
PARLAMENTIN ŞÖBƏ MÜDIRI IŞDƏN AZAD OLUNDU – FOTO
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov işdən çıxarılıb. Doğrusöztv.az “Report”a istinadən məlumat verir ki, 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı N.Səfərov qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki vəzifəsindən azad edilib.
İLHAM ƏLIYEV ŞIRKƏT RƏHBƏRINI IŞDƏN ÇIXARDI
Prezident İlham Əliyev M.Ə.Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilsin.
Ermənilər Sorosun Qarabağ məsələsində Türkiyənin yanında olacağından qorxuya düşdü…
“Allaha və öz gücümüzə güvənək ki, heç belə dələduzlara möhtac olmayaq…” “Əgər vəzifə Rusiyanın regiondakı təsirini zəiflətməkdirsə, onda Soros kimiləri Türkiyə də daxil olmaqla hər kəsə dəstək verməyə və hər kəsi, o cümlədən Ermənistan və Qarabağı qurban verməyə hazırdırlar…” Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, bu cür fikirlərlə […]
Yanlış məlumatlar yayanlar barəsində ciddi tədbirlər görüləcək – RƏSMİ
İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək. Dogrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün […]
SON DƏQİQƏ! Prezident 11 milyon ayırdı
Prezident İlham Əliyev “Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Doğrusöztv.az xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il […]
Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.
Azərbaycanda qəlyandan istifadə qadağan edildi – RƏSMİ
Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib. Bu barədə Doğrusöztv.Az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib. Koronavirus (COVİD – 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və […]
AŞPA Prezidenti Azərbaycana səfər edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems Azərbaycana səfər edəcək. Doğrusöztv.Az Unikal.org xəbər verir ki, bu barədə AŞPA Prezidenti Milli Məclisin yeni Sədri Sahibə Qafarovaya ünvanladığı təbrik məktubunda bildirib. R. Daems qeyd edib ki, Azərbaycanla səmimi əməkdaşlığa inanır. “Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Ümid […]