Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir.

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb. Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər […]

Ermənilər Kəlbəcərin girişindəki “Xoş gəlmisiniz” lövhəsini söküblər

Ermənilər Kəlbəcərin girişindəki “Xoş gəlmisizin” yazısı olan məlumat lövhəsini söküblər. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan “Facebook” səhifəsində foto paylaşıb. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sənədə görə, 25 noyabrda erməni tərəf işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycana təhvil verəcək.

Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır – Putin

Rusiya Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə böyük səylər göstərir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici səfirlərlə görüşü zamanı deyib. O bildirib ki, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda daha da çox qan tökülməsinin qarşısı alındı: “Hazırda rusiyalı sülhməramlılar atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, dinc […]

Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur – Lavrov

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur: “Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, […]

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır – Çavuşoğlu

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatla atəşkəsin bərpa olunduğunu xatırladan nazir bu sənədi dəstəklədiklərini deyib: “Birincisi, Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu razılaşma […]

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir: “192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə – vəzifəli şəxslər […]

İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

Nazirlər Kabineti 455 № li Qərarına dair izah verib. Doğrusöztv.Az-ın məlumatına görə, Kabinetdən Trend-ə bildirilib ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən […]