Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə iki günlük səfərə yollanacaq. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Şahbaz Şərifin səfəri 6 fevral 2023-cü ildə baş verən zəlzələdən zərər çəkmiş türk xalqı ilə həmrəy olduğunu nümayiş etdirməkdir. “Baş nazir Ankarada Türkiyə Prezidenti […]
Tələbələrin dəfn ediləcəyi yer məlum oldu
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə bu gün dəfn ediləcəklər. Mərhum tələbələrin cənazələri bu gecə Bakıya gətirildikdən sonra ailələrinə təhvil verilib. Samir Quliyev Gədəbəy rayonu, İnəkboğan kəndində, Şahin Vəliyev Gəncə şəhərində, Gündüz Nəzərzadə Sumqayıtda, Hümam İsmayıllı isə Corat […]
Mehriban Əliyevanın tapşırığı ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü – Fotolar
Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb. 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və […]
Zəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi – VİDEO
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib. Cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb. Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Bu yollarda sıxlıq var – SİYAHI
Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro […]
Laçın yolundakı aksiyanın 67-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış yeddi gündür davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident […]
Günün qoroskopu: Ünsiyyət üçün əlverişli gündür
Qoç – Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun. Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət deyil. Emosional fon stabil deyil. Gah sevinir, gah da səbəblərini özünüz anlamadığınız […]
Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub – Foto
Fevralın 6-sı Türkiyədə baş verən dağıdıcı zəlzələdə Bakıda təhsil alan türkiyəli tələbə vəfat edib. Dogrusoztv.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin feysbuk səhifəsində paylaşım edilib. Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində dünyasını dəyişib. Həmçinin qeyd olunub ki, zəlzələdə faciəli […]
Prezidentin təyin etdiyi yeni rektor kimdir? – Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq rəssamı Natiq Kamal oğlu Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Qafqazinfo” yeni rektorun dosyesini təqdim edir. Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Məktəbi […]
7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü
Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib. Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib. Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən […]