Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib. Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı […]
Almaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: “Cənab Prezident. 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha […]
Özbəkistan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri planlaşdırılır. Prezident bu barədə İlham Əliyevə təbrik məktubunda bildirib. “Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq”, – məktubda qeyd olunub.
İğdırda ağır qəza: Naxçıvandan olan 5 nəfər yaralanıb
Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub. “Report”un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların – yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye […]
İlham Əliyev Laçında – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.“Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda […]
Babək Quliyev vəfat etdi
Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib. B. Quliyev uzun illər Mədəniyyət Nazirliyində, həmçinin “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır. Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun […]
Türkiyə Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır
Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada keçirilən danışıqlarda Ukrayna üzrə danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstək göstərməyə hazır olduqlarını təsdiqləyib. Bu barədə “Hürriyet” qəzeti yazıb. Türkiyə XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. O, ötən gün İstanbulda mayın […]
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək. Milli Gimnastika Arenasında bu gün 4 oyun keçiriləcək. A qrupunun lideri Azərbaycan millisi B qrupunun ikincisi, son dünya çempionu Rumıniya ilə üz-üzə gələcək. Dünya çempionatı 1/8 final 27 may 17:30. İngiltərə – Bolqarıstan19:00. Portuqaliya – Macarıstan20:30. Azərbaycan – […]
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: