Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub. Həmin hadisələr zamanı […]
İsmayıllıda zəlzələ olub
Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:12-də baş verib. Zəlzələnin dərinliyi 5 km olub.
AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirinə qatılacaq. Bu barədə Milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb. Avropa futbol qurumunun qardaş ölkədə nümayəndəliyi fəaliyyətə başlayacaq. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəsmilərinin iştirakı gözlənilir.
Sabah rayonlarda yağış yağacaq, şimşək çaxacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə […]
DİM Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (MQİM) arasında Anlaşma Memorandumu imzalanıb. Mərasimdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Nino Tsereteli və digər rəhbər şəxslər iştirak ediblər. Bildirilib ki, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndə heyəti Dövlət İmtahan […]
İlham Əliyev Çin kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Komissiya sədri: Aİ-nin Ermənistanda yaratdığı iki missiya Azərbaycanın ərazi bütövlüyünə təhdid olub
Avropa İttifaqı (Aİ) Ermənistanda bu günə kimi 3 missiya yaradıb. Bunu Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın tərəfindən Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirə zamanı komissiyanın sədri Ramid Namazov deyib. O bildirib ki, onlardan biri hüquqi qaydada yaradılsa da, iki […]
İlham Əliyevin qarşılanma mərasiminə HAZIRLIQ – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Çinə səfər ediblər. Ötən gün Prezidentin Pekində rəsmi qarşılanma mərasimi olub. İTV Çin paytaxtının ali mərasimə hazırlıq hissəsindən süjet hazırlayıb. Həmin videomaterialı təqdim edirik:
Kürdəxanıda obyekt yanır
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,36 ABŞ dolları, yaxud 3,37 % azalaraq 67,63 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,94 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]