Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım edə bilmir. Bu azmış kimi, iki ölkənin bir-birinə yaxınlaşmasına, etibar və etimad etməsinə də mane olur. Rəsmi İrəvan da Aİ-nin mövqeyindən Azərbaycana qarşı dilə gətirə bilmədiyi hikkə və iddiasını reallaşdırmaq, yaxud rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışır. Bu il dekabrın 2-də Brüsseldə […]
Əlilliyi olan şəxslərin reabilitasiyasında dövlət icbari sığorta vəsaitindən istifadə olunacaq
Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir. Parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən […]
Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları […]
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb. APA-nın əldə etdiyi məlumata görə, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə […]
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib. Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlət başçısını təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan […]
Bu məhsullar bahalaşıb
2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, […]
Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat […]
Nazir: Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar hazırlanır
“Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub”. Bunu mədəniyyət naziri Adil Kərimli “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu”nda açılış nitqi zamanı deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin də dövlət siyasətində mədəniyyət anlayışı ana xəttə malikdir: “Onun Azərbaycan mədəni dəyərlərinin […]
Gəncədə dönərdən zəhərlənən 8 şagird evə buraxılıb – YENİLƏNİB
Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. […]
Lerikdə avtomobil dərəyə aşıb, sərnişin ölüb
Lerikdə yol kənarında dayanmış avtomobil dərəyə aşıb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə axşam saatlarında baş verib. Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman minik avtomobili hərəkətə gələrək dərəyə aşıb. […]