Avtomat hidroloji stansiyaların aprelin 29-u saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 […]
“Brent” neftinin qiyməti 64 dollara enib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,94% azalaraq 1 barelə görə 64,18 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1% azalaraq 61,43 ABŞ dollarına bərabər […]
Prezident İlham Əliyev: Azərbaycanla İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var
Azərbaycanla İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Bunu aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşdə deyib. “Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə […]
Azərbaycanla Səudiyyə Ərəbistanı hökumətləri arasında anlaşma memorandumları imzalanıb
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.Bu barədə Nazirlər Kabinetindən bildirilib. İclasdan əvvəl Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid […]
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “NATO-Gürcüstan Təlimi 2025” Krtsanisidəki Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) rəsmi olaraq start götürüb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin açılış mərasimində Gürcüstan müdafiə nazirinin müavini Giorgi Liluaşvili, Müdafiə Qüvvələrinin komandan müavini general-mayor Zaza Çxaidze, NATO-nun hərbi əlaqələndiricisi polkovnik Berat Telli çıxış edərək […]
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq – XƏBƏRDARLIQ
Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, […]
Neft və Sənaye Universitetində keçid balları – SİYAHI
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024-cü il qəbul imtahanlarından sonra formalaşan ixtisaslar üzrə keçid balları açıqlanıb. Ən yuxarı keçid balı “Neft-qaz mühəndisliyi” (ingilis dili) ixtisasında olub. Bu ixtisasda oxumayanlar ən azı 618.1 bal toplayıb. Ən çox seçilən ixtisaslar üzrə keçid balları aşağıdakı kimidir: Kompüter elmləri: 452.8 bal Kompüter […]
Əvəz Zeynallı cəzadan azad edilib
“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. […]
Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır. Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bu gün Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışında bildirib. “Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təxminən 200 milyon əhalisi var. Onların ümumi ticari mənfəəti […]