ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib

DogruSozTv Az

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur. O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. […]

Statistika sahəsində çalışan işçilər təltif edilib – SƏRƏNCAM

DogruSozTv Az

Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilibşPrezdent İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər təltif edilib: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Vahab Feyruz oğlu “Tərəqqi” medalı ilə Bağırov Hüseyn Fərəməz oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Aşurov […]

KİV: Aİ Ukraynanın üzvlüyünü sürətləndirmək üçün qaydaları dəyişməyi planlaşdırır

DogruSozTv Az

Avropa İttifaqı yeni üzvlərin qəbul qaydalarını sadələşdirməyi nəzərdən keçirir. Bu addım Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirə bilər. “Politico”nun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, təkliflərdən biri yeni ölkələrin əvvəlcə Aİ-yə səsvermə hüququ olmadan qoşulmasını nəzərdə tutur. Bu ideya genişlənmənin qarşısındakı maneələri aradan qaldırmaq üçün nəzərdə tutulur.

Sabah pensiyalar tam ödəniləcək

DogruSozTv Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan birgə təlimi davam edir

DogruSozTv Az

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli “Birlik – 2025” birgə regional təlimi davam edir.Ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.Qeyd edək ki, təlimdə əsas diqqət […]

Zaqatalada avtomobil qəzası olub, xəsarət alanlar var

DogruSozTv Az

Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var Hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb. Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin “VAZ”da olan 4 yaşlı uşaq xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. […]

Zəngilan şəhərinin azadlığının beşinci ili

DogruSozTv Az

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib. Prezident İlham Əliyev müraciətində […]

Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərindən 7 milyon dollardan çox pul müsadirə edilib

DogruSozTv Az

Ötən gün Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində aparılmış axtarışlar zamanı 7 milyon 2200 dollar və 136 min lari həcmində pul vəsaitləri müsadirə olunub. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib. Külli miqdarda pul vəsaitləri ilə yanaşı 198 ədəd qiymətli zərgərlik məmulatı və saatlar, bahalı rəsm əsərləri, […]

Estoniya XİN Azərbaycan xalqını təbrik edib

DogruSozTv Az

Estoniya Xarici İşlər Nazirliyi “X” sosial hesabında Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Paylaşımda deyilir: “Estoniya Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi qəlbdən təbrik edir. Biz dostluq münasibətlərimizi qiymətləndirir və gələcək əməkdaşlığa ümid edirik”.