Azərbaycanda bütün limanlar bağlandı

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib. “Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlara giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına […]

Nərimanov rayonunda qumbara tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış […]

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

1994-cü ilin bu günündə Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb. Bəs, fevralın 4-də dünyada daha hansı hadisələr baş verib? 1. 4 fevral […]

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə […]

Volodimir Zelenski: Rusiya şərtləri pozur

Rusiya ABŞ-nin təklif etdiyi şərtləri pozur. Bunu Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də Kiyevdə NATO Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib. Prezident qeyd edib ki, bir həftəlik enerji infrastrukturuna qarşı atəşkəsi cəmi bir gün sonra pozdu: “Bunun artıq nəticələri olmalıdır. Hamı hava şəraitini görür. Bu qışın ən […]

Klassik “neft silahı” meydanda – SSRİ üzərindəki uğur təkrarlana bilər – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp oval kabinetdə jurnalistlərə Meksikanın Kubaya “neft göndərməyi dayandıracağını” bildirib. Təfərrüatlar və bunu Meksika hakimiyyətinin təsdiqlədiyi hələlik bilinmir.Meksikanın Kubaya neft ixracını dayandıracağı xəbəri Ağ Evin rəsmi Havanaya siyasi-iqtisadi təzyiqidir. Bununla da Kubanın enerji böhranı – uzun müddətdən bəri üzləşdiyi elektrik enerjisi çatışmazlığına yeni problem də əlavə olunacaq. […]

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, […]

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fevralın 3-də iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər. “Report”un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən […]