Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib. Tərtər şəhər sakinləri – 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı şəhərin ərazisindən qidadan (dönər) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib. Tərtər Rayon Prokurorluğu tərəfindən araşırma aparılır.

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıbƏtraflı. Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini […]

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.

Günün qoroskopu: bu gün sadəcə hadisələr deyil, mənalar doğulur

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Bu günün səması yenə də sizin ruhunuza toxunan incə, lakin güclü titrəyişlərlə doludur. Sanki kainat öz dərin sirlərini təkcə baxan gözlərə deyil, hiss edən ürəklərə açır. Bu gün siz hadisələri sadəcə yaşamayacaqsınız, onları duyacaqsınız, […]

WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var

İranın minlərlə raketi var və məhv edilən raket buraxılış məntəqələrini bərpa etməyə qadirdir. Bunu ABŞ kəşfiyyatı müəyyənləşdirib. “İranın hələ də yeraltı anbarlarda yerləşən qurğulardan istifadə edərək buraxa biləcəyi minlərlə ballistik raketi var”, – məlumatda bildirilib və əlavə olunub ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan amerikalı rəsmilər İranın raket buraxılış […]

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib. Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari […]

Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ […]

MİDA-nın bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb. Təltif olunan əməkdaşlar aşağıdakılardır: Qədimov Çingiz Sahib oğlu Məmmədov Elşad Pənah oğlu Salmanov Azər Ağababa oğlu Şərifov Rizvan Həmid oğlu Şiriyeva Kəmalə Məzahir qızı. Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində […]