Ermənistan İranla strateji tərəfdaşlıq sənədini imzalamağı nəzərdə tutur. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə bildirib. “Bizim İran İslam Respublikası ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz həmçinin İranla strateji tərəfdaşlıq sənədini imzalamağa çalışırıq”, — Ermənistan Baş naziri vurğulayıb.
Baş nazir təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət […]
Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib – SƏRƏNCAM
Azərbaycan Respublikası bir qrup idmançıları və idman mütəxəssisləri təltif edilib.Prezident İlham Əliyev Sərəncam bununla bağlı imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Abdullayev Yaqub Bəkir oğlu Ağarəhimov Cahangir Ağababa oğlu Aslanova Elmira Aydın qızı Bayramov Cahangir Tofiq oğlu Əliyev Coşqun Ceyhun oğlu Hüseynov […]
Elektron siqaret qadağası – Bu tarixdə qüvvəyə minəcək
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək. Bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Milli Məclis dekabrın 19-da […]
“Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
25 dekabr saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq. Sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
Sabah Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ
Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
İordaniyanın Vəliəhd Şahzadəsi Prezident İlham Əliyevi təbrik edib
İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Prezident İlham Əliyevə təbrk məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım – FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial media hesablarında paylaşım edib.Paylaşımı təqdim edirik:
“Euronews”un saytında AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc edilib
“Euronews”un saytında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb. Yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə […]
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi – Foto
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib.Həmin paylaşımı təqdim edirik: