AFFA U-11 Liqasında hakimi təhqir edən “World Stars FA” komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib. Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis İCBFA – “World Stars FA” görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA Region Liqasında keçirilən […]
Azərbaycan İsraillə elm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və İsrail arasından elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik. İnnovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini […]
Nazir: Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı deyib. Nazir bildirib ki, bəzi elmi müəssisələrin birləşdirilərkən ixtisarlar olmayacaq: “Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. […]
Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib. Nazirliyin “X” sosial media hesabında qeyd edilib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür. “1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 […]
Bu gündən Bakıdakı bağçalarda tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər. İştirakçılar ərizəyə […]
Göyçayda yas mərasimində evin eyvanı uçub, 5 qadın xəsarət alıb
Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub. Hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb. Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il […]
DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib
Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxsin […]
Teymur Musayev: Mərkəzi Asiyanın vərəmlə mübarizəsi Transxəzər təşəbbüsünə çevrilməlidir
“Vərəmdən azad Mərkəzi Asiya” təşəbbüsü Transxəzər təşəbbüsünə çevrilməlidir ki, bu xəstəliklə birgə mübarizədə uğur əldə edilsin. “Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın iştirakı ilə vərəmlə bağlı […]
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Aprelin 8-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər, Laçın, Naxçıvan MR, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, […]
Ötən gün Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edilib
TƏBİB Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyətini açıqlayıb. Qurumun məlumatına görə, aprelin 6-da saat 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xəsarət alıb. Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində […]