Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü”.
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür.Azərbaycan xalqı bu gün Ümumilli Liderin xatirəsini hörmətlə anır. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində […]
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.Bu barədə nazirlik məlumat yayıb. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” […]
Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. […]
Xəzərdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Xəzər dənizində köməksiz qalan Azərbaycan Respublikası vətəndaşları xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir. Dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil […]
Ərdoğan: Türkiyə 2028-ci il üçün 1,9 trilyon dollar milli gəlir hədəflərinə doğru irəliləyir
Türkiyə 2028-ci il üçün nəzərdə tutulan 1,9 trilyon dollar milli gəlir hədəflərinə doğru irəliləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O əlavə edib ki, Türkiyənin ixrac həcmi 2025-ci ilin noyabr ayı üçün 270 milyard dollara yüksəlib: “Milli gəlirimiz isə ötən dövrlərdəki 238 milyard dollar həddindən 2025-ci ilin üçüncü rübünün […]
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Əziz Qardaşım, Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Otuz il əvvəl dünya birliyi tərəfindən […]
Serbiya Prezidenti: Digər ölkələrdən qaz almağa başlayacağıq
Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya ilə müqavilə imzalanmadığına görə, digər təchizatçılardan qaz alışına başlayacaqlarını bildirib. Bu barədə Serbiyanın “N1” telekanalı məlumat yayıb. Prezident həmçinin ölkənin kifayət qədər qazla təmin ediləcəyini vurğulayıb. “Enerji təhlükəsizliyini təmin edirik, çünki enerjisiz heç nə mövcud ola bilməz. Xəstəxanalar və kliniki mərkəzlər bağlanar. İnsanlar harada müalicə […]
Macarıstan Azərbaycandan ikitərəfli müqavilə çərçivəsində 800 milyon kubmetr qaz alacaq
Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış müqavilə iki il müddətinə nəzərdə tutulub. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb. “Təbii qazın alınması ilə bağlı növbəti razılaşma: bu dəfə Azərbaycanla, iki il müddətinə və 800 milyon kubmetr həcmində olacaq”, – o bildirib.
Elçin Quliyev Bəhreynin daxili işlər naziri ilə görüşüb
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Mara”ee 2025” tədbiri ərəfəsində Bəhreynin daxili işlər naziri Rəşid bin Abdullah Əl-Xəlifə ilə görüşüb. Bu barədə “Report”a qurumdan məlumat verilib. Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə […]