Ölkə ərazisində müşahidə olunan yağıntı fevralın 11-i axşamdan tədricən kəsiləcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, sabah və fevralın 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,1 % azalaraq 71,14 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,04 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib
“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. “Köhlən atlar” 200 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib. 502 […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Ziya Bünyadov prospekti, […]
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb. Azərbaycan Prezidenti ilə Bakıda səfərdə olan ABŞ-nin Vitse Prezidenti arasında bundan əvvəl məhdud tərkibdə görüş olub.
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
ABŞ Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Parlamentin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, […]
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib. “APA-Economics”in əldə etdiyi məlumata görə, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub. Qeyd edək ki, C. Babayev 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və […]
ABŞ-ın vitse-prezidenti Ermənistandan Azərbaycana yola düşüb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub. ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb. Qeyd edək ki, Cey Di Vens ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,596 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır. Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % artaraq 3 milyard 062 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox bu […]