Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycanın Ermənistanla sülh prosesi barədə məlumatlandırılıb.Bunu Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, ikitərəfli görüş zamanı Qafqzda gedən proseslər müzakirə edilib. “Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh […]

Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Hüseynov Mübariz Sabəddin oğlu, digərləri isə Mirzəliyev Ələsgər Fərzalı oğlu və Münasib Mehdiyev Namaz oğludur. […]

Ceyhun Bayramovla Sloveniya XİN başçısı arasında görüş olub

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayon arasında görüş olub.Bu barədə Azərbaycan XİN “X”də məlumat yayıb. Bildirilib ki, səfər Azərbaycan və Sloveniya arasında artan tərəfdaşlığı vurğulayır və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsində qarşılıqlı marağı əks etdirir.

Almaniyada jurnalistlərə “düşmən” kimi baxırlar – HESABAT

“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq mətbuat azadlığı təşkilatı Almaniyada 2024-cü il ərzində media nümayəndələrinə qarşı baş vermiş hücumlarla bağlı yeni hesabat yayımlayıb. Təşkilat tərəfindən hazırlanan və “Yaxın Plan 2025: Almaniyada Mətbuat Azadlığına Baxış” adlanan sənəddə ötən il ölkədə jurnalistlərə və media qurumlarına qarşı ümumilikdə 89 hücumun qeydə alındığı vurğulanır. Hücumların 75-i […]

Şabranda çaydan iki meyit tapılıb

Şabranda çaydan iki meyit tapılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. […]

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib.Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib. Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin […]

NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib

İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırırsa da, ABŞ Prezidenti Donald Tramp belə bir addımı dəstəkləmədiyi üçün bundan imtina edib. Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, İsrail ABŞ-nin hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab […]

Sabunçu tunelində vəziyyət nə yerdədir? – Video

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. Bu haqda FHN məlumat yayıb. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən […]

Gürcüstan Prezidenti Milli Məclisdə olub

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər […]