Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

21-ci ilin 26 yanvar tarixində Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Doğrusöztv.Az-ın məlumatına görə, XİN-dən bildirilib ki, görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin […]

Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır – İran XİN başçısı

Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Doğrusöztv.Az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi Prezident İlham Əliyevlə görüşü zamanı deyib. Nazir bildirib: “Energetika, yenidənqurma və […]

Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır

Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz […]

Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub – Məhəmməd Cavad Zərifi

Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub. Doğrusöztv.Az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi Prezident İlham Əliyevlə görüşü zamanı deyib. Nazir bildirib: “Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi […]

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq

Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, […]

Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır

Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz […]

Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil […]

Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb

Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov nazirlikdə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, ötən il 7 siyasi partiya qeydiyyata alınıb: “Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, […]

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu olmasa, birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi […]

Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb

Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib. O bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir: “30-dan artıq məhkum […]