İctimai fəal Abid Qafarov azadlığa buraxılıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Abid Qafarova Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə bəraət verilib, eyni məcəllənin 148-ci ( təhqir) maddəsi üzrə isə nəzərdə tutulmuş cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Qeyd edək ki, A.Qafarov ötən […]
Göyçayda vəziyyət necədir?
Bu saatlarda Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Amma hazırda bir çox kəndlər hələ də işıqsızdır. Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı-Şamaxı-Yevlax avtomobil […]
Kiyev atəşə tutuldu, ölənlər var – Yenilənib
Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq elan olunub. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. O bildirib ki, şəhərdə ard-arda partlayışlar baş verib: “Dağıntılarda bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”. Kiyevin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb. Kliçkonun sözlərinə görə, hadisədə üç […]
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər […]
Günün qoroskopu: Maraqlı tanışlıqlar istisna deyil
Qoç – mühüm və önəmli işə başlamayın. Cari, rutin işlərlə kifayətlənin. Alış-veriş, sövdələşmələr üçün münasib zaman deyil. Pul itirmək ehtimalı gəlir əldə etmək şansından artıqdır. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Nüfuzlu insanlardan birinin sizdən narazı qaldığınızı gözlənilməz şəkildə anlayacaqsınız. Gördüyünüz işdən asılı olmayraq detallara fikir verin, səliqəli olun. Diqqətsiz davransanız, […]
Vilayət Eyvazovdan yeni təyinat
Azərbaycanda “İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müavini təyin edilib. Məlumat DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq edilib. Qeyd edək ki, […]
Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı – Fərman
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiqlənib. Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin Əsasnaməsi və təsviri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar DƏYİŞİKLİK
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzlayıb. Dəyişikliyə əsasən, gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə […]
“Report”un əməkdaşı faciəvi şəkildə öldü
“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib. İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. 2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov […]
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişdi
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişib. Prezident İlham Əliyev bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Məcəlləyə edilmiş dəyişikliyə əsasən ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra […]