Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı ilə ölçülür. Son illər Azərbaycan bu istiqamətdə diqqətəlayiq uğurlar qazanaraq beynəlxalq konfransların, idman yarışlarının, humanitar forumların və siyasi sammitlərin keçirildiyi etibarlı məkana çevrilib.Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə […]
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB
Azərbaycanda bəzi bölgələrdə iyunun 30-u və iyulun 1-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti […]
Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib
[center][img]https://azadmedia.az/uploads/posts/2026-06/1782737694_y5s9q8ixvk3svq-b.png[/img][/center]Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.
İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib
ABŞ ilə memorandumun icrası üzrə danışıqlar aparan komandaya daxil olan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada Vaşinqtonla texniki məsləhətləşmələrin keçiriləcəyi barədə məlumatı təkzib edib. Bu barədə TASS-a istinadən xəbər verir. “Bu həftəyə işçi qrupların texniki müşavirələrinin keçirilməsi planlaşdırılmayıb. Qətərlə məsləhətləşmələr adi qaydada davam etsə də, bəzi […]
Ərdoğan: Türkiyənin ən səmimi arzusu “Türk əsri”ni inşa etməsidir
Türk dünyasında institusional əməkdaşlığımızın təzahürü olan Türk əməkdaşlıq təşkilatları çərçivəsində fəaliyyət böyük mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından ilham alaraq hər ötən gün daha da dərinləşir və zənginləşir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin […]
İyunun son günündə 33 dərəcə isti gözlənilir
Azərbaycanda iyunun 30-da havanın 33 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz […]
TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Qonaqlar Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı […]
Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyulun 3-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) […]
Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb
Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alınıb. Bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub. Prezident bildirib ki, qurultay […]
Azərbaycanda “Türk Dünyası Həftəsi” başlayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilir. “Report”un məlumatına görə, iyulun 3-dək davam edəcək tədbirdə bir sıra beynəlxalq elmi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rəsmi hissədən sonra “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” adlı […]