Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev nahar ediblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Xidmət rəisi keçmiş MTN əməkdaşını özünə köməkçi TƏYİN ETDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə baş köməkçi təyin edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Xidmətin rəisi Mürsəl İbrahimov əmr imzalayıb. Əmrə əsasən, rəisin baş köməkçisi vəzifəsinə Tehran Babatov təyinat alıb. Qeyd edək ki, T.Babatov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.
Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı oldu
Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.
Sabah 26° isti olacaq
Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti […]
Prokurorluq “Sumqayıt Tibb Mərkəzi”ndə yeyinti AŞKARLADI
“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma […]
Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq – Spiker tapşırıq verdi
Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, – deyə o qeyd edib. Spiker Shaibə Qafarova Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova tapşırıq verib ki, bu məsələyə baxılsın: […]
Azərbaycan-İsrail əlaqələrindən məmnunuq – İlham Əliyev
Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb. Bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə israilli həmkarı İsxak Hersoqa ünvanladığı təbrik məktubunda deyilir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü […]
Media ilə bağlı yeni cərimələr qüvvəyə mindi
Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz […]
Partlayışda ölən qadının iki övladı yaralanıb – RƏSMİ
Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib. Rayon prokurorluğundan bildirilib ki, Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə […]
İlham Əliyevin Bolqarıstana səfəri gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir. Bu barədə Bolqarıstanın “Standart news” nəşri yazıb. Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün Sofiyada Bolqarıstan (“Bulqartransqaz”), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə […]