Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyulub. Qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu […]
AXCP sədri Əli Kərimli həbs olunub
AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) […]
Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb
Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb. Prezident İlham Əliyev bununla Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının […]
Sabah bəzi ərazilərə qar yağacaq
Sabah hava necə olacaq? Dekabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. […]
Vergi orqanlarına barəsində məlumat göndərilməli olan icazələrin siyahısı dəyişib
Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısında dəyişikliklər edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər […]
Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib
Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. Nazirlər Kabineti bununla bağlı “Əmək […]
KİV: Kiyev Tramp-Zelenski görüşündə israrlıdır
Ukrayna və ABŞ sülh sazişi ilə bağlı daim dialoq aparırlar, lakin növbəti danışıqlar raundunun keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bu barədə RBK-Ukrayna məlumatlı mənbəyə istinadən xəbər verib. Kiyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında şəxsi təmasın vacibliyində israr edir. “Məşvərətlər görüşlər arasında da dayanmır… Onlar daim davam […]
Nazirlik əhalini təşvişə düşməməyə ÇAĞIRIR
Pirəkəşkül və Ağdərədə 1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhv etmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini […]
Laçına həyat qayıdıb – Prezidentdən PAYLAŞIM
Prezident İlham Əliyev Laçının işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Zəfər tariximiz: 1 dekabr 2020-ci il, Laçın”.
Sabahın havası ilə bağlı xəbərdarlıq edildi
Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.