2026-cı ildə Xocalı Soyqırımı Memorial Kompleksinin tikinti işlərinin başa çatdırılması planlaşdırılır. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Bununla yanaşı, Xankəndi şəhərində Zəfər Muzeyinin yerləşəcəyi binada bərpa və yenidənqurma işlərinin yekunlaşdırılması, eyni zamanda muzeyin elmi-konseptual əsaslara söykənən daimi ekspozisiyasının formalaşdırılması da nəzərdə tutulur. Bu ekspozisiya Azərbaycanın zəfər tarixini […]
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
İranda ümumxalq etirazlarında ən azı 51 nəfər, o cümlədən 9 yeniyetmə öldürülüb. Bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb. Bildirilib ki, etirazlarda yüzlərlə insan yaralanıb. Qeyd edək ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.
ETX: “Telegram” və “WhatsApp” hesabları ilə bağlı araşdırmalar davam etdirilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir. Bu barədə ETX məlumat yayıb. Bildirilir ki, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir […]
“Qalatasaray” – “Fənərbağça” oyununun başlama saatı dəyişdirilib
“Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Qeyd edək ki, daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.
BP dünyada ilk dəfə “Xankəndi” gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
“BP-Azerbaijan” şirkəti gələn həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Dərinsulu Günəşli” sahəsində bir sıra quyularda sualtı əməliyyatlara başlayacaq. Bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris sosial şəbəkədə yazıb. O qeyd edib ki, “Xankəndi” sualtı tikinti gəmisi tam yenidən təchiz edilib və artıq […]
Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, […]
Anar İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib
Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.
Son iki gündə Türkiyədə fırtına səbəbindən beş nəfər ölüb
Son iki gündə Türkiyədə baş verən fırtına səbəbindən beş nəfər ölüb. Bu barədə NTV məlumat yayıb. Bildirilib ki, təbii fəlakət İstanbul, Bursa, Aksaray, Aydın, Karaman və Dənizli vilayətlərində ciddi fəsadlara səbəb olub.
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar
Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. “Report” xəbər verir ki, bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib. Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və […]
Sumqayıtda 700 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti […]