9 iyul – Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun kollektivi adından bütün diplomatik xidmət orqanları əməkdaşlarını səmimi qəlbdən təbrik edir, çətin, məsuliyyətli, eyni zamanda şərəfli xidməti fəaliyyətlərində müvəffəqiyyət arzu edirik.
Sergey Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə edib
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub. “Report” xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar. İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə ən mühüm […]
Bakıda FACİƏ: Yarım saat fərqi ilə EYNİ YERDƏ öldülər
Dogrusoztv.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün Abşeronda piyada ölümü ilə nəticələnən iki qəza olub. Hər iki hadisə Xırdalan ərazisində eyni ərazidə yarım saat fərqiylə baş verib. Avtomobillərin vurduğu 60 yaşlı Əliyev intiqam Miralı oğlu və Əzizova Ramilə Naibəli qızı həyatlarını itiriblər.
Ceyhun Bayramov: “İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik”
“İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik”. “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu məsələ ilə bağlı rəsmi Bakının ciddi gözləntiləri var: “İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılmasının konkret səbəbləri var”.
Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək
Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 29-34° isti olacaq.Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq […]
“Neftçi” “Srvena Zvezda”ya darmadağın oldu
Rusiyada “Matç TV” turnirində iştirak edən “Neftçi” bu gün növbəti oyununa çıxıb. Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubu üz-üzə gəlib. Sankt-Peterburqdakı “Smena” stadionunda oynanılan görüşdə Bakı klubu 0:4 hesabı ilə uduzub. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edib. Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda Zenit”ə uduzub – […]
“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib
İyunun 5-də Ağcabədi Bayraq Muzeyində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, rayon Polis şöbəsi rəisinin Əməliyyat İşləri üzrə birinci müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev, şöbənin bir qrup polis əməkdaşları, Ağcabədi rayon […]
Vətən müharibəsindən sonra yüksək texnologiyalı protezlə təmin edilən hərbçilərin sayı açıqlandı
Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır. Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, […]
Azərbaycana gələn əcnəbi müğənnilər vergi ödəyirlər? – Vergi Xidməti hərəkətə keçib – VİDEO
Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər. Xezerxeber.az-ın məlumatına görə, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər. Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi? İqtisadçı – ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini […]
Deputat: “Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına dəstəkdir”
“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına və insan kapitalımızın inkişafına dəstəkdir”. “Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransındakı çıxışı zamanı deyib. O qeyd edib ki, Bayraktar Sağlıq Turizm Şirkətinin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir: “Müharibədən sonra müzəffərliyimizin […]