AYNA: “Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib”

Hazırda Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici tədbirlər təşkil edib. İlk belə […]

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar mayın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Bu səbəbdən […]

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər açıqlanıb

Logistik imkanlar baxımından əlverişli ərazidə olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Məlumata görə, həmin 19 sahibkarlıq subyekti sənaye parkında ümumilikdə […]

DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi 25 may 2025-ci il tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Müraciətdə deyilir: “İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. […]

Prezident onu yenidən icraçı direktor təyin etdi

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin olunub.  Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin […]

Şimşək çaxacaq, leysan olacaq…

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Əsasən, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli yağıntının olacağı, şimşək çaxacağı ehtimalı […]

Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi […]

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev paraqvaylı həmkarı Santyaqo Penyaya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizləAzərbaycan-Paraqvay dostluq əlaqələri […]

Sabah Biləsuvarda 16 min abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq. Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb. Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz […]

Ötən gün vətəndaşların bank kartlarından 15 min manata yaxın pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlayn cinayət davam edən və artan kiber təhlükədir: “Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə […]