“Brent” nefti sürətlə ucuzlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,17% azalaraq 1 barelə görə 64,65 ABŞ dolları təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,16% azalaraq 61,4 ABŞ dollarına bərabər olub.

Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olub

Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub. Bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış […]

Bakının Nizami rayonunda qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə aprelin 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-bərpa […]

Magistraturaya qəbulun II cəhdi üçün qeydiyyat bu gün başa çatır

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-da başa çatır.Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Məlumata əsasən 17 min 4 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15 min 760-ü Azərbaycan bölməsi, 1 244-ü isə rus bölməsidir. Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak […]

XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb

Kommunikasiyaların açılması təklifini Ermənistan deyil, Azərbaycan tərəfi irəli sürüb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib. C.Bayramov qeyd edib ki, kommunikasiyaların açılması məsələsi 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli […]

“Bu dəmir yolu bizə milyardlar gətirəcək” – Paşinyan Zəngəzur dəhlizindən danışdı

“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.Bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib. “Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək”, – deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə […]

Azərbaycanda federasiya prezidenti vəfat etdi

Şimal Regional Futbol Federasiyasının prezidenti, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib. Bu barədə AFFA-nın məlumatında bildirilib. AFFA futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin.

Ceyhun Bayramov: Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır

Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi  əsaslarla yekunlaşacağına inanırıq”. C.Bayramov Azərbaycandan Naxçıvana birbaşa gedişin mümkünsüzlüyünə də […]

Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub. Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması […]