Ötən gün Ermənistanda beş yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareqinin qardaşı oğlu yepiskop Mkrtıç Proşyan da var. Onların nədə şübhəli bilindikləri barədə məlumat verilməyib.Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə […]
Aİ rəsmisi: Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur
Rusiyaya tətbiq edilən sanksiyalar Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması ilə bağlı maddələri əhatə edir. Bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Budapeştdə mümkün görüşü şərh verən Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper deyib. O əlavə edib […]
COP29 Prezidenti: Yaşıl dünya naminə həmrəylik nümayiş etdirilməlidir
Daha yaşıl bir dünya naminə həmrəylik nümayiş etdirilməlidir. Bunu COP29-un Prezidenti Muxtar Babayev Türkiyədə baş tutan Sıfır Tullantı Forumunda çıxışı zamanı deyib. Muxtar Babayev əlavə edib ki, bu məsələdə Türkiyənin liderliyi həlledici rol oynayır: “Biz onların rəhbərliyi və istiqaməti altında irəliləyirik. “Sıfır Tullantı Hərəkatı” qlobal miqyasda tanınan bir təşəbbüsə çevrilib […]
Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik
Şuşa şəhərinin tarixi mərkəzini kifayət qədər detallı şəkildə bərpa edə bilərik. Bunu Bakıda keçirilən “III Milli Şəhərsalma Forumu” çərçivəsində “Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” mövzusunda keçirilən tədbirdə Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı deyib. “Sadəcə, bərpa prosesi […]
Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Azərbaycanın bəzi yerlərində oktyabrın 18-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu […]
MM Prezident və Birinci vitse-prezidentə Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev […]
Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb
Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin […]
Bakıda məktəbli bıçaqlanıb
Bakıda məktəbli bıçaqlanıb. Hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində orta məktəbin qarşısında baş verib. 11-ci sinif şagirdi M.S. və D.X. mübahisə edib. Nəticədə şagird həmyaşıdını bıçaqlayıb. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb.
Dünya bazarlarında neft yenidən ucuzlaşır
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 60,64 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,21% azalaraq 57,34 ABŞ dollarına bərabər […]
Kürdəmirdə uşaq bağçasında yanğın olub
Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, […]