Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə – Detallar

alfonsonri

Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub. Saat 21:00 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı  avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi […]

“Yuventus” Çempionlar Liqasında oynamayacaq

alfonsonri

İtaliyanın “Yuventus” klubu son 12 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Komanda 37-ci turun matçında “Milan”a 0:1 hesabı ilə uduzub. Beləliklə, turinlilərin ölkə çempionatında keçirdiyi 37 oyundan sonra 59 xalı var. Klub A Seriyasının turnir cədvəlində yeddincidir. Xatırladaq ki, mayın 22-də İtaliya Federal Apellyasiya Məhkəməsi Turin klubunu maliyyə […]

Yevlaxda ağır qəza: Ölən və yaralananlar var

alfonsonri

Ötən gün Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu Kolanı kəndinin ərazisindən keçən hissəsində yol qəzası olub.2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes-Benz C 200” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı həmin maşında olan sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər, […]

Mövqelərimiz atəşə tutuldu

alfonsonri

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycandan ən çox səs Ərdoğana gedib

alfonsonri

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda səs verən türkiyəli seçicilərin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Qeyd olunur ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59%-i ( 2644 səs) AKP lideri Rəcəb Tayyib Ərdoğana, 46,41%-i (2290 səs) isə CHP sədri Kamal […]

Zelenski də Ərdoğanı təbrik etdi

alfonsonri

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərində qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Zelenski bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib: “Prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edirəm. Ümidim torpaqlarımızın mənafeyi naminə, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi naminə qarşılıqlı əməkdaşlığı gücləndirməkdir”, -deyə Zelenski vurğulayıb.

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı

alfonsonri

Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb. ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb. Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.

Mehriban Əliyevadan Türkiyəyə təbrik mesajı

alfonsonri

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, […]

İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubun məzmununu təqdim edirik. Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da […]

Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

alfonsonri

zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.Paylaşımı təqdim edirik: “Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Ucar Tanrı Vətənimizi […]