Qoç – səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın. Müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun. Günün ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət […]
Ərdoğan üçün kəsilən xatirə pulu qonaqlara hədiyyə edilib – FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi münasibəti ilə xatirə sikkəsi zərb edilib. 1 TL-lik sikkə andiçmə mərasimində iştirak edən qonaqlara hədiyyə olunub.
İlham Əliyev Paşinyan, Sinan Oğan və bir sıra şəxslərlə görüşüb – FOTO
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi fəaliyyətə başlama mərasimi keçirilib. Mərasimə qatılan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dünya liderləri və siyasətçilərlə qeyri-rəsmi görüşlər keçirib. Ölkə lideri NATO-nun baş katibi Yens Stoltenberq, Türkiyədə prezidentliyə namizəd Sinan Oğanla görüşüb. Dövlət başçısının şam yeməyindən əvvəl Ermənistanın baş nazir Nikol […]
DİM bugünkü imtahanların düzgün cavablarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyunun 3-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib. Bu barədə DİM-dən məlumat verilib. İmtahan nəticələri yaxın […]
Prezident və xanımı Türkiyəyə səfər etdi – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə səfərdədirlər. Dövlət başçısını və birinci vitse-prezidenti Ankaranın hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıblar. İlham Əliyev və Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəklər.
Ərdoğan and içdi – Video
Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Mərasim Türkiyə Böyük Millət Məclisində baş tutub. Ərdoğan TBMM-ə gələrkən Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalı tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Milli Məclisin növbədənkənar sessiyasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiya çərçivəsində ilk iclasının vaxtı və gündəliyi açıqlanıb. 6 iyunda keçiriləcək iclasın gündəliyinə 14 məsələ daxil edilib. İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Rəsmi Bakıdan İrana səfər edənlərə bağlı XƏBƏRDARLIQ
“Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”. Bununla bağlı Azərbaycan Xarici İşlər […]
Baş nazir ipoteka ilə bağlı qərarı LƏĞV ETDİ
Nazirlər Kabineti “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə 11 oktyabr 2017-ci il tarixli qərarını ləğv edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Prezident İsraillə bağlı olan sazişi təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib. Dövlət başçısı bununla bağlı fərman imzalayıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə […]