Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Prezident […]

İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının […]

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin səfər çərçivəsində müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda “Müştərək qərargahın idarəedilməsi”, həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi […]

Azərbaycan XİN Monqolustanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monqolustanı təbrik edib. Nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Monqolustan Hökumətini və xalqını Milli Bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik! Dost Monqolustan xalqına davamlı sülh, firavanlıq və rifah arzulayırıq”, – paylaşımda qeyd olunub.

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. Bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan “Windward” şirkətinə istinadən “İnterfaks” məlumat yayıb. Məlumata görə, cəmi bir neçə gün əvvəl boğazdan 18-22 gəmi keçirdisə, son 12 saat ərzində altı gəmi müşahidə edilib. Eyni zamanda, şirkət […]

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

11 iyul 1939-cu ildə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifbaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşib. Bəs, iyulun 11-Bizim.Mediadə daha hansı hadisələr baş verib? 1. 1740-cı ilin 11 iyul tarixindә Ukrayna әrazisindә yaşayan […]

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib. Ali Məhkəmədən verilən məlumata görə, o, bu barədə Azərbaycana səfəri zamanı Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdə bildirib. Həmçinin görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etdiyni vurğulayıb. Görüş […]

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 11-13-də fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Bakının Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və […]