Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Kaxetidə Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilir
Gürcüstanın Kaxeti regionunda 7-ci Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu təşkil olunub. “Tsinandali Estate, A Radisson Collection Hotel”də keçirilən tədbirdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat, eləcə də hər üç ölkədən olan iş adamları iştirak edirlər. Ümumilikdə, foruma üç ölkədən 400-ə […]
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar. Qeyd edək […]
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Səhiyyə naziri: Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb
Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb. Bunu səhiyyə naziri Teymur Musayev “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib və siyahı genişlənməyə davam edir.
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib. Səfir bu barədə “X” sosial media hesabında yazıb. “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə […]
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.Fevralın 26-da səhər saatlarından etibarən “Ana harayı” abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər. Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.
Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlardan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edilib.Həmin paylaşımı təqdim edirik:
Xocalı soyqırımından 34 il ötür
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq […]