Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib

Dövlət İmtahan Mərkəzi 1 mart 2020-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş şagirdlərə müraciət edib. Doğrusöztv.Az bildirir ki, DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri […]

Hikmət Babaoğlu: “Yeni DOST mərkəzinin açılması gənc peşəkarların idarəetməyə cəlb edilməsidir”

“Bu gün dünyada baş verən sosial iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir”. Doğrusöztv.Az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ayrı-ayrıı ölkələrin fərqli təcrübəsi yaranır: “Ancaq heç də […]

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib. Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb. S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik […]

Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb

Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb. Doğrusöztv.Az Trend- ə istinadən bildirir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər vizasız yaşayan miqrant var. Onların işini rahatlaşdırmaq üçün may ayının 31-nə qədər yaşama müddəti bitənlərin icazəsi uzadılıb: […]

Tərtər polisi rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir

Ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır. Maddi-texnki bazanın möhkəmləndirilməsi və müasirləşdirilməsi baxımından isə […]

ŞƏKİ BƏLƏDİYYƏSİ DOĞMA ŞƏHƏRİN ÇİÇƏKLƏNMƏSİNƏ ƏHƏMİYYƏTLİ TÖHFƏLƏR VERİR

Bu gün öz qədimliyi, koloritliini qorumaqla bərabər, Azərbaycanın modern əyalətlərindən birinə çevrilən Şəkinin bugünkü inkişaf səviyyəsinə çatmasında dövlətimizin həyata keçirdiyi, regionun tərəqqisinə yönəlik sosial-iqtisadi proqramları və əlbəttə ki, zəhmətkeş şəkililərin əməi böyük önəm kəsb edir. Şəkinin potensial imkanlarının üzə çıxarılmasında, tərəqqipərvər qüvvələrinin səfərbər edilməsində Şəki Raon İcra Hakimiyyətinə etibarlı tərəf […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına […]

Azərbaycanda terrorçuluğu maliyyələşdirən şəxslər həbs edildi

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən Doğrusöztv.Az-a verilən məlumata görə, həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycan […]

Prezidentdən Əli Əhmədova yeni vəzifə – SƏRƏNCAM

Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Doğrusöztv.Az bildirir ki , bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: Komissiyanın sədri Əli Əhmədov […]