Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

alfonsonri

Türkiyənin Bakıdakı səfirliyi 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin tivter səhifəsində paylaşım edilib. “Can Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”, – məlumatda bildirilib.

“TEKNOFEST Azərbaycan”ın proqramına dəyişiklik edildi

alfonsonri

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, 28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq. Gün ərzində festival ərazisində hazırlıq işləri […]

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

alfonsonri

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. 104 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində […]

Saleh Rüstəmli əfv edildi

alfonsonri

Siyasi baxışlarına görə həbs olunduğu iddia edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib. Onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb. Qeyd edək ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə […]

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb – SİYAHI

alfonsonri

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik […]

Spiker İlham Əliyev və xanımını təbrik etdi

alfonsonri

Milli Məclis 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib. Bu barədə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Spiker təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından […]